image-2000x150px
image-123
image-ads_atlas
image-0d1d9bcc-832e-304c-8777-c625a02b71b4_850backend

Azərbaycanlı dünya çempionu: “Tarixə düşmək yaxşı bir hissdir”

image-728x90px

“Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələrin dünya çempionatında komandamız 4 medal qazandı. 1 qızıl və 3 bürünc medalın qazanılması böyük nəticədir. Bu nəticə ilə oğlanlar arasında 4-cü yerə çıxdıq. Bununla da dünyaya bir daha Azərbaycan idmanının güclü olduğunu göstərdik”.

Doğru.Az“-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında taekvondo üzrə yeniyetmələr arasında 33 kq çəki dərəcəsində dünya çempionu olan Mehdi Budaqlı deyib.

14 yaşlı idmançı yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu olan taekvondoçusu kimi tarixə düşməyin qürurlu olduğunu bildirib: “Tarixə düşmək yaxşı bir hissdir. Yeniyetmələr arasında dünya çempionumuz yox idi. Qızıl medal qazanmaqla bu tarixə düşdüm”.

O, Kanada, Avstraliya, İsrail, Fransa, Moldova və Özbəkistandan olan rəqiblərinə bütün raundlarda qalib gəlməyi bacarıb. İdmançı bu haqda da verilən sualı cavablandırıb:

“Yarış mənim üçün bir az asan alındı. Rəqiblərimə heç bir raundda məndən üstün olmağa imkan vermədim. Bütün görüşlərimdə hər iki raundda qalib gəldim. Qarşıda bizi noyabrda Avropa çempionatı gözləyir. İnşallah, orada da qızıl medal qazanmaq əsas məqsədim olacaq”.

Qeyd edək ki, Mehdi Budaqlının şəxsi məşqçisi taekvondo üzrə Avropa çempionu, kiçik yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi İlkin Şahbazovdur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki