image-ads_n1karobka_mobile
Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyunlarına təyinat aldılarbackend

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyunlarına təyinat aldılar

Doğru.az xəbər verir ki, Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir nüfuzlu yarışa təyinat alıblar.

Onlar qadın həndbolçular arasında Çempionlar Liqasının B qrupunda Rusiyanın MOİK və Xorvatiyanın “Podravka Vegeta” komandalarının görüşünə təyinat alıblar.

Moskvadakı “Dinamo” arenasında təşkil olunacaq ilk qarşılaşma yanvarın 31-də, cavab matçı isə fevralın 1-də oynanılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki