image-2000x150px
image-123
image-ads_atlas
image-1712299599_1712298688_screenshot-2024-04-05-103046backend

Azərişıq” Bərdədə yenidənqurma işlərini davam etdirir – VİDEO

image-728x90px

“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi qədim tarixə sahib Bərdə şəhərinin də elektrik təsərrüfatını yenilənir.

Doğru.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan yenidənqurma işləri çərçivəsində rayonun mərkəzi küçə və məhəllələri ilə yanaşı, kəndlərdə də köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəzlənir.

Mustafaağalı, Arabaçılar, Qaratəpə kəndlərində yeni sayğaclar quraşdırılıb. 60 km-ə yaxın müasir standartlara cavab verən izolyasiyalı elektrik xətti çəkilib.

Həmin 3 kənddə 0,4 kV-luq və 10 kV-luq köhnə dayaqlar yeni metal dayaqlarla əvəz edilib. Abonentlərin fasiləsiz və davamlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Mustafaağalı, Arabaçılar və Qaratəpə kəndlərində yeni 16 ədəd transformator da quraşdırılıb.

Qeyd edək ki, sözügedən kəndlərdə elektrik xətləri ötən əsrin 50-60-cı illərindən istismar edildiyi üçün əvvəllər elektrik enerjisinin verilişində bir sıra hallarda çətinliklərin yaranmasına səbəb olurdu. Mustafaağalı, Arabaçılar və Qaratəpə kəndlərində yenidənqurma işləri başa çatdıqdan sonra ümumilikdə, 1000-ə qədər abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

“Azərişıq” ASC qədim Bərdə şəhəri ilə yanaşı İnvestisiya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki