image-n1karobka_ads
image-123
image-1744639591570227080_1200x630backend

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün master-klas təşkil edilib – FOTO

image-ad_qayo_720x110px

Aprelin 14-də Medianın İnkişafı Agentliyi, Məhkəmə Hüquq Şurası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət və cəmiyyət üçün əhəmiyyəti” mövzusunda master-klas keçilib.

Medianın İnkişafı Agentliyindən Doğru.az-a bildirilib ki, Hüquq şöbəsinin müdiri Adil Tağıyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə diqqət çəkərək bu istiqamətdə medianın maarifləndirmə funksiyasının əhəmiyyətini vurğulayıb, konstitusion dəyərlərin təbliği, cəmiyyətin inkişafı və qanunçuluq prinsipinin möhkəmləndirilməsində onun xüsusi rolunu qeyd edib.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev qeyd edib ki, çağdaş dövrdə milli maraqların müdafiəsi və informasiya təhlükəsizliyinin təmin olunması medianın üzərinə xüsusi vəzifələr qoyur.

Daha sonra mühazirə ilə çıxış edən Xətai Rayon Məhkəməsinin hakimi dosent Samirə Eyvazova isə diqqətə çatdırıb ki, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin daha dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O, həmçinin qeyd edib ki, sözügedən Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər.

İnteraktiv formada keçən mühazirədə tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-1744639591118843480_1200x630 image-17446395913625455072_1200x630 image-17446395914355850369_1200x630 image-17446395913054942314_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki