“AZCON Holding”in tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC 2025-ci ilin ilk altı ayında 111 milyondan çox sərnişinə xidmət göstərib.
Doğru.az xəbər verir ki, ən çox sərnişin may ayında daşınıb – 20 milyon 672 min nəfər.
Sərnişin axınına görə birinci yeri isə 9 milyon 822 min nəfərlə “Koroğlu” stansiyası tutub.
DOĞRU.AZ