image-2000x150px
image-123
image-ads_atlas
image-17085019865494610424_1200x630backend

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidi tikilir

image-728x90px

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində yeni yerüstü piyada keçidi tikilir.

Doğru.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni isə 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır. Hazırda layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması işləri aparılıb.

Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki