image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1704667513361backend

Bakı-Sumqayıt yolunda tıxac qalmayacaq

image-728x90px

“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyatın sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.

“Doğru.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.

Qeyd edilib ki, “Lökbatan-Xocasən” həlqəvi yolu ilə “Sabunçu yol qovşağı”nı birləşdirən xarici həlqəvi şəhər magistralının tamamlanması məqsədilə Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini birləşdirən yeni həlqəvi şəhər avtomobil yolunun, o cümlədən Bülbülə gölünün şərqindən keçməklə Sabunçu dairəsi ilə “Zığ şosesini” birləşdirəcək yeni həlqəvi şəhər avtomobil yolunun yaradılması planlaşdırılır.

Baş Planla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 kilometrədək artırılması, habelə küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 2300 kilometrdən 2668 kilometrə çatdırılması planlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki