image-n1karobka_ads
image-123
image-aqua-tigers-circcus-16x9backend

Bakıda “Aqua Tigers Circus” – Yayın ən sehrli şousu!

Bu yay Bakının ən maraqlı və unudulmaz sirk hadisəsi baş verir! Mayın 29-dan etibarən Circus Sea Breeze səhnəsində beynəlxalq miqyaslı yeni proqram – “Aqua Tigers Circus” tamaşaçılara təqdim olunacaq.

Adından da bəlli olduğu kimi, bu sirk proqramı su, işıq və musiqinin möhtəşəm sintezini təqdim edir. “Aqua Tigers Circus”da duyğuların harmoniyası, texniki ustalıq və bənzərsiz səhnə effektləri izləyiciləri sehrli dünyaya aparacaq.

Şouda dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş ulduz artistlər çıxış edəcək. Avropadan su elementli eksklüziv nömrə ilə ekvilibrist, Rusiyadan hava gimnastları, Monqolustandan bədən elastikliyində ustalaşmış konturisionistlər, Cənubi Amerikadan hündürlük ustaları və Latın Amerikası klounu tamaşaçılara əsl sirk ab-havası yaşadacaq. Həmçinin yalnız qadınlardan ibarət hulahup qrupu da proqramın xüsusi nömrələrindən biri olacaq.

Tədbirin kulminasiyası isə unikal bir çıxışla – üç fərqli növdən olan pələnglərin – benqal, ağ və nadir rast gəlinən çəhrayı pələnglərin iştirakı ilə hazırlanmış nömrə olacaq. Bu qeyri-adi çıxışı Monte Karlo Beynəlxalq Sirk Festivalının qalibi, İtaliyanın Əməkdar artisti Bruno Toni təqdim edəcək.

Tamaşanın təşkilatçısı, “Sirk Oskarı” mükafatçısı Allahverdi İsrafilov öz ənənəsinə sadiq qalaraq, ilk günü valideyn himayəsindən məhrum uşaqlara, sağlamlıq imkanları məhdud olanlara, şəhid və qazi ailələrinin övladlarına həsr edəcək. Bu, təkcə şou deyil, həm də sosial məsuliyyət nümunəsidir.

Tədbir haqqında ətraflı məlumat:

📍 Məkan: Circus Sea Breeze
📅 Başlama tarixi: 29 may
🕒 Proqramın müddəti: 90 dəqiqə
💰 Bilet qiymətləri: 15 – 40 manat
🎟 Biletlər: Şəhərin bütün kassalarında və iticket.az saytında
🚌 “Koroğlu” metrosundan sirkə və geri transfer xidməti mövcuddur
📞 Əlaqə: +99455 959 12 12

Sirk sevərləri bu yay “Aqua Tigers Circus” ilə həm möhtəşəm səhnə şousu, həm də emosional təəssüratlarla dolu bir axşam gözləyir!

DOĞRU.AZ

image-aqua-tigers-circcus-9x16

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki