image-2000x150px
image-123
image-ads_atlas
image-1638039033_jdjdjd-e1638041645441-768x403backend

Bakıda “bərkgedənməmur yol polisinin üstünə “protiv” sürdü – VİDEO

image-728x90px

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün videogörüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyanın elektron ünvanına göndərib.

Doğru.az xəbər verir ki, 10-GY-555 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində birtərəfli hərəkət təşkil edilmiş yolun əksi istiqamətində hərəkət edib. O, axına qarşı gedərək qarşıdan gələn 99-YP-512 qeydiyyat nişanlı YPX avtomobilinin üzərinə sürüb. Bundan sonra sürücü təhlükəsizlik adacığının üzərinə çıxaraq oradan sağa dönüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 10-GY-555 qeydiyyat nişanlı “BMW X7” markalı avtomobil Çingiz Qədimova məxsusdur. O, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini və həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki