image-n1karobka_ads
image-123
image-595691backend

Bakıda bir sıra yollarda nəqliyyat sıxlığı müşahidə olunur – SİYAHI  

Doğru.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, hazırda Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Sıxlıq müşahidə edilən yolların siyahısı belədir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində.

Sürücülərə və piyadalara hərəkətdə diqqətli olmaları tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki