Bakının əsas prospekt və küçələrində bu gün nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Doğru.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verdiyi məlumata əsasən, hazırda aşağıdakı yol sahələrində avtomobil sıxlığı qeydə alınıb:
1. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
3. Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
4. Niyazi küçəsi – “Azneft” dairəsi istiqamətində;
5. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
6. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Qara Qarayev prospekti – “Qara Qarayev” metro stansiyasından “Koroğlu”ya doğru;
8. Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
9. Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” istiqamətində;
10. Tbilisi prospekti – “20 Yanvar”dan mərkəzə doğru;
11. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov istiqamətində;
13. Koroğlu Rəhimov küçəsi – Ak. Həsən Əliyev küçəsindən Heydər Əliyev prospekti istiqamətində;
14. Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
DOĞRU.AZ