Paytaxtın müxtəlif küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) mövcud yol vəziyyəti ilə bağlı məlumat yayıb.
Hazırda sıxlıq müşahidə olunan ərazilər:
1. Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində;
3. Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Bakıxanov küçəsi – Cəlil Məmmədquluzadə küçəsindən “Statistika” dairəsi istiqamətində;
5. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
6. Babək prospekti – mərkəz istiqamətində;
7. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsindən “20 Yanvar” istiqamətində;
8. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
9. 28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər;
10. Dilarə Əliyeva küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər;
11. Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
12. 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
13. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
14. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;
15. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.
DOĞRU.AZ




























