Bakının əsas yollarında nəqliyyatın sıxlığı qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.
Hazırda aşağıdakı ərazilərdə nəqliyyatın intensivliyi müşahidə olunur:
1. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətinə qədər;
2. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;
4. Heydər Əliyev prospekti – əsas yol üzrə mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində.
Sürücülərə alternativ yollarla hərəkət etmələri tövsiyə olunur.
DOĞRU.AZ