image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-03-28t000337-615backend

Bakıda Bulvarda çəkiliş aparmaq qadağandır? – VİDEO

image-728x90px

“Xəzər Xəbər”in əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib.

Məlumata görə, əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandır.

Dənizkənarı bulvar idarəsinin  mətbuat katibi Könül İmamverdiyeva bildirib ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə alınmalıdır.

Qurum rəsmisi onu da qeyd edib ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnamə əvvəldən axıra qədər oxunsa da, heç bir bənddə “jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar” müddəasına rast gəlinməyib.

Hüququqşünas Şamil Paşayev də təsdiqləyib ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil.

Daha ətraflı süjetdə:

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki