Bakıda çay evində bıçaqlanmanın bəzi detalları bəlli olub.
APA xəbər verir ki, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən çay evinin icarədarı Hüseyn Baratov obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə mübahisə edib. Mübahisə zamanı Hüseyn Baratov bıçaqla Cavid Quliyevə xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb.
DOĞRU.AZ