Bakının Səbail rayonunda bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Salyan şosesində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Fərid Mehman oğlu Abıyev yolda tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ