image-n1karobka_ads
image-123
image-665b1b1699909665b1b169990a1717246742665b1b1699903665b1b1699906backend

Bakıda kartlardan oğurluq edən şəxs saxlanılıb – FOTO

image-ad_qayo_720x110px

Bakıda kartlardan oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub.

Davam etdirilən tədbirlərlə E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də müəyyən edilib.

Qeyd edək ki, bu şəxs kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib. E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı da eyni əməlləri törədib.

E.Əhmədovun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat verə bilərlər.

DOĞRU.AZ

image-1717563137498238128_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki