image-2000x150px
image-123
image-ads_atlas
image-image_750x_62e3e38faef53jpg-1665123652backend

Bakıda marketə silahlı basqın: İki yaralı, bir ölü – YENİLƏNİR

image-728x90px

Bakıda marketdə silahlı basqınla əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Bir nəfər hadisə yerində dünyasını dəyişib.

13:25

Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin adı məlum olub.

Atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.

13:13

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

13:05

Bakının Xətai rayonunda marketdə baş vermiş silahlı basqının ilkin təfərrüatı bilinib.

 Atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Ölən inkassatorun sürücüsüdür. Basqını törədən şəxslərin silahlı olduqları və hələ də ərazidə olduqları ehtimal edilir. Buna görə də, həmin ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

İnsanların həmin əraziyə yaxınlaşmaması tövsiyə edilir.

12:53

Daxili İşlər Nazirliyi (DİN) Bakıda marketlərdən birində silahlı qarşıdurma ilə bağlı məlumat yaydı.

DİN-dən Paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Əlavə məlumat veriləcəkdir.

12:49

Bakıda marketlərin birində silahlı atışma olub.

 Hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hücum inkassator maşınına edilib.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki