image-n1karobka_ads
image-123
image-fotojet-76backend

Bakıda “Prius” sürücüsü həbs olundu

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib ki, paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan “Toyota Prius” markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rəsul Rövşən oğlu Novruzov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki