image-ads_n1karobka_mobile
image-01kpd6kd7ykfbhmxjar0kacaqn-largebackend

Bakıda səhnəyə çıxmaq istəməyən məşhur türkiyəli müğənni vəfat etdi

2000-ci illərin əvvəllərində Türkiyənin ən çox izlənilən musiqi yarışmalarından biri olan “Popstar” proqramında iştirakı ilə tanınan müğənni vəfat edib.

Doğru.az xəbər verir ki, Rıza Tamer dünən axşam saatlarında menecerinin Bodrumun Konacık məhəlləsində yerləşən evində özünü pis hiss edib.

Bildirilib ki, sənətçi əvvəlcə ürəkbulanma yaşayıb, daha sonra isə nəfəs almaqda çətinlik çəkib. Onun yaxınları dərhal təcili tibbi yardım çağırıblar.

Hadisə yerinə gələn həkim briqadası tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra müğənni təcili yardım avtomobili ilə Bodrum Dövlət Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Rıza Tamerin həyatını xilas etmək mümkün olmayıb. /Haber Global/

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki