image-2000x150px
image-123
image-ads_atlas
image-1130878backend

Bakıda vəsiqəsi olmayan sürücü qəza törətdi: 10 gün həbs edildi

image-728x90px

Bakı şəhəri, Yasamal rayon sakini Ağayev Orxan Zaur oğlu,”Chevrolet Cruze” markalı, 77-AE-917 dövlət nömrə nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyatı hadisəsi törədib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli məlumat verib. O, bildirib ki, hadisə zamanı yol polisi əməkdaşları sənədləri tələb edən zaman sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı aşkarlanıb.
Avtonəqliyyat vasitələrinin axtarış bölməsinin əməkdaşlarının iştirakı ilə Yasamal rayon məhkəməsi sürücü Ağayev Orxan Zaur oğlunu İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilərək barəsində 10 gün müddətində inzibati həbs qərarı verib.
Rüstəm Əhmədli bir daha sürücüləri qaydalara və qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki