image-n1karobka_ads
image-123
image-sozsdykspqlslf6htgwdycomr2foceonibntysrt_1200backend

Bakıda yağış səbəbindən Zığ-Hava Limanı yolunda sürət həddi azaldıldı

Bakıda yağan yağış sürücülərin diqqətli olmasını bir daha gündəmə gətirib. Mövcud hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı yolunun bəzi hissələrində sürət həddi 20 km/saat aşağı salınıb.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Yolda “sürüşkən yol” işarələri yerləşdirilib və elektron sürət tablolarında yeni limitlər göstərilib.

Sürücülərə təhlükəsizliyi təmin etmək üçün müəyyən olunmuş sürət həddinə ciddi riayət etmələri tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki