Vətəndaşlar ölkədə fəaliyyət göstərən “İST Petrol” yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, videogörüntülərdə “İST Petrol” yanacaqdoldurma məntəqəsindəki plastik butulkalara doldurulan yanacağın müxtəlif rənglərdə olduğu görünür. Sürücülər anlaşılmazlığın səbəbini öyrənmək üçün yanacaqdoldurma məntəqəsinə gələrək etiraz ediblər.
Yanacağa su qataraq vətəndaşların aldadıldığı iddia edilib.
“İST Petrol” yanacaqdoldurma məntəqəsi ilə bağlı irəli sürülən iddialara cavab olaraq “SOCAR Petroleum” QSC-dən Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı operativ şəkildə araşdırma aparılıb:
“Sözügedən məlumat dərc edilmiş informasiyadan əvvəl hazırlanıb. Belə ki, “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağı ilə bağlı sosial şəbəkələrdə yayılmış informasiya ilə əlaqədar 11 aprel 2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürülüb.
“SOCAR PETROLEUM” QSC üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan yaranmış texniki problem (“SOCAR PETROLEUM” QSC yə məxsus Neft terminalı bazasında (çənə su sızması) nəticəsində sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb. Belə ki, 11 aprel 2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzinda yanacaq dolduran sürücülərin problemləri qeydə alınmış və onlarıın qısa müddət ərzində aradan qaldırılacağı bildirilib”.
DOĞRU.AZ