image-2000x150px
image-123
image-ads_atlas
image-received_416492043341491backend

Bakıda Zəfər gününə həsr olunmuş “Qarapapaq Peşəkar Boks gecəsi” keçirilib – FOTOLAR

image-728x90px

Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Qarapapaq Fight Club & Promotion” və “Olimp Pro”nun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş Qarapapaq Peşəkar Boks gecəsi keçirilib.

Doğru.az verir ki, paytaxt Bakıda Türkün, Qafqazın, vətənimiz Azərbaycanın milli-mədəni dəyərlərini, bu dəyərlərdən doğan döyüş ruhunu, gücünü simvolizə edən “Qarapapaq Peşəkar Boks gecəsi” baş tutub.

Tədbirin əvvəlində şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Gecədə Azərbaycan idman ictimaiyyətinin tanınmış simaları, olimpiya və dünya çempionları, ictimai və siyasi xadimlər, həmçinin biznes dünyasının tanınmış simaları iştirak ediblər.

Tanınmış şoumen Şəhriyar Əbilovun aparıcılıq etdiyi tədbirdə ilk olaraq açılış sözü ilə “Qarapapaq Fight Club & Promotion”-un prezidenti Aqil Acalov çıxış edib. O əldə olunan zəfərin səbəbkarlarını yad edib və xalq olaraq istər şəhid, istər qazi, istərsə də Vətən Müharibəsinin digər iştirakçılarına bu gün çox şey borclu olduğumuzu vurğulayıb. Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün idmanın əsas vasitələrdən biri olmasından və bu sahənin inkişafının vacibliyindən danışan Aqil Acalov klubun təkcə peşəkar boks yarışlarının deyil, o cümlədən, MMA, ciu-citsu, kikboksinq növlərində də bir sıra turnirlərin təşkilini nəzərdə tutmasından, həmçinin bu turnirlərin yalnız ölkəmizdə deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Daha sonra “Olimp Pro Sport Organization”un təsisçilərindən, eyni zamanda “Motivator Azerbaijan” layihəsinin təsisçisi Rüfət Həsənov öz çıxışında ölkəmizdə peşəkar idmanın inkişafına yönəlmiş perspektivlərdən, “Olimp Pro”-nun yaradılmasının məqsəd və qayələrindən söz açaraq bu yolda daim idmançılarımıza dəstək olmağa hazır olduqlarını bildirib. O idmançılarımızın hər zaman bayrağımızı yüksəklərdə dalğalandırmağa çalışmalı olduqlarını deyərək idmanın bunun üçün xüsusi fürsət olduğunu deyib.

“Olimp Pro Sport Organization”un digər təsisçisi, eyni zamanda “Azart Tuning” qrupunun təsisçisi Arif Zeynalov da öz növbəsində ölkəmizdə idmana olan diqqət və qayğıdan danışıb. O, ölkəmizdə idmanın bu qədər inkişafında dövlətin və bilavasitə dövlət başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərindən danışıb. Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı olaraq ölkə başçısının bu sahəni hər zaman xüsusi diqqətdə saxladığını vurğulayan A. Zeynalov idmanın vətənimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik olduğunu deyib.

Açılış sözünə davam edən Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti, müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionu Fərhad Acalov qalib ölkənin vətəndaşları olaraq xalqımızı hər zaman bütün sahələrdə hamıdan güclü olmaq üçün mübarizə aparmaqda israrlı olmağa səsləyib və bu səbəbdən peşəkar boks üzrə dünya çempionları yetişdirməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.

Bakı İdman Sarayında baş tutmuş turnirdə orta və ağır çəki dərəcələrində 12 peşəkar boksçunun iştirakı ilə ümumilikdə 6 döyüş keçirilib. Qaliblərə pul və və digər qiymətli hədiyyələr təqdim olunub. Həmin döyüşlərin və idmançıların siyahısı aşağıdakı kimidir:

1. Mustafazadə Ağasəlim – Bəbirov Əzrək
Bəbirov Əzrək hakimlərin yekdil qərarı ilə qalib gəldi

2. Nicat Məhərrəmov – Kazımov Kənan
Kazımov Kənan hakimlərin yekdil qerarı ilə qalib gəldi

3. Babayev Ramazan – Abdullayev Nihat
Abdullayev Nihat texniki nokaut ilə qalib gəldi

4. Qurbanov Xanbala – Məmmədov Ruslan
Məmmedov Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəldi

5. Şəmiyev Zabeh – Ağayev Rauf
Ağayev Rauf hakimlərin yekdil qərarı ilə qalib gəldi

6. Camaluddinov Azedullah – Tarverdi Fuad
Tarverdi Fuad hakimlərin yekdil qərarı ilə qalib geldi

9. Heydərov Pərvin – Həsənov Nicat
Döyüş heç-heçə başa çatdı

DOĞRU.AZ

image-received_432697821567390 image-received_930097164529859 image-received_390767359409657 image-received_2937150679885812 image-received_416492043341491 image-received_864717724227446 image-received_270368658353978 image-received_250347130487492 image-received_373662277847536 image-received_989397444971693 image-received_291089996225943 image-received_1274856886328604 image-received_642389473420252 image-received_593628591842400 image-received_938793666722164 image-received_581182709621877 image-received_2735158566776604

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki