image-2000x150px
image-123
image-ads_atlas
image-baku_yeni_airport_031013_2backend

Bakıdan Təl-Əvivə uçuşlar LƏĞV OLUNDU

image-728x90px

Bakıdan Təl-Əvivə uçuşlar ləğv olunub.

Doğru.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Məlumata əsasən, saat 09:05 və 18:40-a planlaşdırılan iki reys təxirə salınıb.

Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başlayıb və İsrailə onlarla PUA və raket atıb.

Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüblər. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.

DOĞRU AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki