image-n1karobka_ads
image-123
image-171220634138577364_1200x630backend

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Doğru.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Heydər Əliyev prospekti mərkəz istiqamətində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Babək prospekti, mərkəz istiqamətində;

10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

DOĞRU.AZ

image-17122063411578426890_1200x630 image-17122063414746145465_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki