image-n1karobka_ads
image-123
image-q8sldt1twx3klhvrgrvndvudwj6053diqdvbimiq_640backend

Bakının bu küçələrində sıxlıq var – SİYAHI

Doğru.az xəbər verir ki, Bakının bir sıra əsas yollarında nəqliyyat sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq qeydə alınan ərazilər bunlardır:

1. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsindən Atatürk prospektinə qədər;

3. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

4. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospektinə qədər;

6. Heydər Əliyev prospekti (əsas yol) – mərkəz istiqamətində;

7. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsindən mərkəz istiqamətində;

8. Babək prospekti – mərkəz istiqamətində;

9. Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsindən Heydər Əliyev prospekti istiqamətində;

10. Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsinə qədər;

11. Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;

12. 28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər.

Sürücülərə alternativ yollarla hərəkət etmələri tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki