image-2000x150px
image-123
image-ads_atlas
image-1682487211_2016-12-28-21-58-05dem-qazibackend

Bakının iki rayonunda qaz kəsiləcək

image-728x90px

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azəriqaz İB-dən bildirilib.

Aprelin 16-da saat 10:00-dan Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən 48 saylı yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Süleyman Bağırov, Səməd Vurğun küçələrinin və 39\40-cı məhəllənin, eləcə də Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bundan başqa, Beyləqan, Siyəzən, Xızı, Göygöl rayonlarının və Sumqayıt şəhərinin sakinlərinin qaz təchizatında da müvəqqəti fasilə yaranacaq.

16.04.2024-cü il tarixdə saat 10:00-dan “Allahyarlı” ölçü qovşağından qidalanan Şahsevən kəndi istiqamətində gedən orta təzyiqli qaz xətti üzərində siyirtmənin quraşdırılması, qaynaq işləri aparılan müddətdə sərfölçmə cihazının şəbəkədən ayrılması, saat 10:00-dan “Sumqayıt-Yaşma” yüksək təzyiqli qaz xəttində və saat 09:00-dan “Göygöl əhali” ölçü qovşağından qidalanan qaz xəttində aşkar olunmuş sızmaların ləğv edilməsi məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir-quraşdırma işləri aparılan zaman Beylaqan rayonunun (11 kəndi və 7 qəsəbəsi), Siyəzən rayonunun (Siyəzənkənd, Cəndəhar, Zarat, kəndləri), Xızı rayonunun (Sitalçay, Yaşma və Yeni Yaşma kəndləri), Göygöl rayonunun (Göygöl şəhərini və rayonun 23 kəndi) və Sumqayıt şəhərinin (H.Z.Tağıyev qəsəbəsi və Yaşma bağları) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki