image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210518_215625_091backend

Bakıya Uelsdən 1000 nəfər azarkeşin gəlməsi gözlənilir – Avro-2020

image-728x90px
Avro-2020-nin qrup mərhələsindəki ilk iki oyununu Bakıda keçirəcək Uels yığması paytaxtımızda dəstəksiz qalmayacaq.

Doğru.az “Belfast Telegraph”a xəbər verir ki, 1000 azarkeşin yığmaya dəstək olmaq üçün Bakıya gəlməsi gözlənilir. Onların koronavirus pandemiyası ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazır olduğu vurğulanıb.

Uels Futbol Federasiyası isə azarkeşlərdən Azərbaycan və İtaliyada keçiriləcək Avro-2020 oyunlarına səyahətlə bağlı İngiltərə hökumətinin xəbərdarlıqlarına qulaq asmağa çağırıb. İki ölkə Uels və İngiltərə hökumətlərinin sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısında olduğu üçün azarkeşlərin Azərbaycan və İtaliyaya getməməsi tövsiyə olunub.

Qeyd edək ki, Uels yığması iyunun 12-də İsveçrə, 16-da Türkiyə ilə Bakı Olimpiya Stadionunda, ayın 20-də İtaliya ilə Roma Olimpiya Stadionunda üz-üzə gələcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki