image-n1karobka_ads
image-123
image-83-pic_32ratio_1200x800-1200x800-60561backend

Balaxnin Spartakın Promesdən asılılığından danışdı

image-ad_qayo_720x110px

“Rostov”un sabiq baş məşqçisi Sergey Balaxnin komanda oyunçuları arasında hollandiyalı vinger Quincy Promes-in yoxluğunun Moskva “Spartak”ının nəticələrinə təsirindən danışıb.

O, qeyd edib ki, “Spartak” yalnız bir oyunçudan asılıdırsa, ciddi problemləri həll edə bilməz.

“Promes-in olmamasının təsiri var, amma bu barədə danışmaq nankor bir işdir. Bəli, o, böyük rol oynadı, liderdi, statistikanın dediyi kimi hamıdan çox qol vurdu, daha çox məhsuldar ötürmə verdi. Amma komanda bir oyunçudan asılıdırsa, o, lider komanda deyil. Bu, böyük problemləri həll edə biləcək komanda deyil”, – Balaxnin deyir.

Bildirilib ki, Rusiya Promes-ə qarşı vergidən yayınma maddəsi ilə cinayət işi açıb onu ekstradisiya edə bilər. Hollandiyalının xəzinəyə təxminən 400 min rubl borcu var.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki