image-n1karobka_ads
image-123
image-img-20240519-wa0009backend

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

image-ad_qayo_720x110px

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzuda profilaktik söhbətlər aparılıb və zəruri məlumatlar verilib.

Vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.

Sakinlərlə profilaktik söhbətlər zamanı internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə onlar məlumatlandırılıblar.

Şirvanda əhali arasında maarifləndirmə istiqamətində tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki