image-2000x150px
image-123
image-ads_atlas
image-1696991985_sport-pibig-info-p-afroamerikanskie-futbolisti-vkontakte-75backend

“Barselona” futbolçusunun evi qarət edildi

image-728x90px

“Barselona”nın müdafiəçisi Jül Kounde İspaniya Primerasının 22-ci turunun “Vilyarreal”la oyununda (3:5) iştirak edərkən, onun evi qarət edilib.

Məlumata görə, oğrular fransalı müdafiəçinin Sitjes şəhərində yerləşən evinə daxil olublar. Lakin hazırda Kundenin evindən dəqiq nəyin oğurlandığı barədə məlumat yoxdur.

Bu hadisə son bir il ərzində fransız futbolçunun evində baş verən ikinci oğurluq hadisəsidir. 2023-cü ilin aprelində Kundenin evi ilk dəfə soyğunçuların hücumuna məruz qalıb. Futbolçunun özü həmin anda “Betis”lə oyununda (4:0) iştirak edib.

Mənbə: championat.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki