image-n1karobka_ads
image-123
image-1744367764550300_1200x630backend

Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

image-ad_qayo_720x110px

Aprelin 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Dünən Bakıda açılışı olan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunulub, tədbirin Qətər xalqının zəngin mədəni irsi, adət-ənənələri ilə yaxından tanış olmaq üçün paytaxt sakinlərinə və qonaqlara gözəl fürsət yaratdığı diqqətə çatdırılıb.

Eyni zamanda, 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlanıb. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki