Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş il olaraq təsdiqlənib.
Doğru.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərarla “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na 3.9-cu bənd əlavə olunaraq sertifikatın qüvvədə olma müddəti beş il müəyyən edilib.
DOĞRU.AZ




























