image-n1karobka_ads
image-123
image-fotojet-2023-04-12t154553-404backend

Baş nazirin vəzifəyə təyin etdiyi şəxs kimdir? – DOSYE

image-ad_qayo_720x110px

Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.

 Murad Nəcəfbəylinin dosyesini təqdim edir:

Murad Nizami oğlu Nəcəfbəyli Bakı şəhərində anadan olub. Paytaxtın Səbail rayonunda yerləşən 91 saylı orta məktəbdə təhsil alıb. Ali və akademik təhsilini Rusiyada alıb. 1994-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Murad Nəcəfbəyli Azərbaycan Respublikasının İsveçrə və Estoniyadakı səfiri olub.

2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, 2021-ci ildə Estoniyadakı səfir vəzifəsindən geri çağırılıb.

Eləcə də o, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.

Ailədə 3 qardaşdırlar. Digər qardaşları Hüseyn Nizami oğlu Nəcəfov və Eldar Nizami oğlu Nəcəfov da Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışırlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki