image-n1karobka_ads
image-123
image-17518695732857252897_1200x630backend

Baş prokuror Nərimanov rayon sakinlərinin müraciətlərini dinləyəcək

Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaş məmnunluğunun və hüquqlarının qorunması məqsədilə Baş prokuror Kamran Əliyev iyulun 11-də saat 10:00-da Nərimanov Rayon Prokurorluğunun inzibati binasında qəbul keçirəcək.

Doğru.az xəbər verir ki, qəbulda rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və digər prokurorluq fəaliyyətinə aid konkret müraciət və şikayətləri olan Nərimanov sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar qəbul üçün Nərimanov Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə də öncədən qeydiyyatdan keçə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki