image-n1karobka_ads
image-123
image-17237250035424624954_1200x630backend

Baş prokuror Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

image-ad_qayo_720x110px

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev avqustun 20-si saat 10:00-da Xətai Rayon Prokurorluğunun inzibati binasında vətəndaş qəbulu keçirəcək. Qəbul zamanı rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı vətəndaşların konkret müraciət və ya şikayətlərinə baxılacaq.

Bu barədə Doğru.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Vətəndaşlar qəbulla bağlı Xətai Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki