image-n1karobka_ads
image-123
image-1720620773649033586_1200x630backend

Baş Prokurorluğun iki əməkdaşı təqaüdə göndərilib – FOTO

image-ad_qayo_720x110px

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun iki əməkdaşı Azər Əsgərov və İlqar Ağamirovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar onlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib. Onlara Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş fəxri fərmanlar təqdim olunub.

Bu barədə Doğru.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluqda görüş zamanı Azər Əsgərov və İlqar Ağamirovun prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri uğurlar qeyd olunub.

Azər Əsgərov və İlqar Ağamirov göstərilən diqqətə görə minnətdarlığını bildirib, tədbir iştirakçıları ilə xatirələrini bölüşüblər.

DOĞRU.AZ

image-17206207731686819334_1200x630 image-17206207736395538388_1200x630 image-17206207736168438_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki