image-ads_n1karobka_mobile
Baş redaktora ağır itki üz verdibackend

Baş redaktora ağır itki üz verdi

“Yeni Gündəm” saytının baş redaktoru, “Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğluna ağır itki üz verib.
Doğru.az xəbər verir ki, 28 oktyabr tarixində ermənilərin Bərdə şəhərinə raket hücumu nəticəsində həlak olanlar arasında baş redaktorun yaxın qohumu Bərdə rayonu Lənbəran kənd sakini, 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı həlak olub.
Qeyd edək ki, 28 oktyabr tarixində Bərdə şəhərinə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox mülki şəxs yaralanıb.
Doğru.az olaraq həlak olanlara rəhmət diləyirik!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki