Amerika lideri Co Bayden ABC telekanalına müsahibəsində deyib ki, əgər Allah ona göstəriş versə, prezident seçkilərində iştirakdan imtina edəcək.
TASS onun sözlərindən sitat gətirir: “Əgər Uca Tanrı göydən enib mənə bunu desə, mən bunu edə bilərəm”.
Bayden onu da qeyd edib ki, prezident seçkilərində qalib gəlmək üçün ondan daha bacarıqlı namizəd yoxdur.
Eyni zamanda, ABŞ prezidenti əvvəllər Amerikanın keçmiş lideri Donald Trampla debatda “qarışdığını” etiraf edib.
O, həmçinin Trampla teledebatda uğursuz çıxışından sonra tibbi müayinədən keçdiyini bildirib.
DOĞRU.AZ