ABŞ prezidenti Co Bayden deyib ki, Amerika hakimiyyəti Qəzza zolağında münaqişənin həlli ilə bağlı yeni, yekun planını təqdim etməyə yaxındır.
Amerika liderinin sözlərini TASS xəbər verir.
“Biz buna çox yaxınıq” dedi Bayden jurnalistlərə.
ABŞ prezidenti planın təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl Bayden İsrailin baş naziri Binyamin Netanyahunun Həmas tərəfindən saxlanılan girovları azad etmək üçün göstərdiyi səyləri qeyri-kafi adlandırmışdı.
Mənbə TASS