ABŞ prezidenti Co Bayden hesab edir ki, o, hələ də ölkəni idarə etməyə qadirdir və keçmiş dövlət başçısı Donald Trampı məğlub edə bilər.
“Doğru.az” RİA “Novosti” yə istinadən xəbər verir ki , bu barədə NATO sammitinin yekunları üzrə keçirilən mətbuat konfransında müvafiq bəyanat verilib .
Bayden özünü prezident kimi xidmət etmək üçün ən yaxşı bacarıqlı biri adlandırdı və Trampı məğlub edəcəyinə söz verdi.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi demişdi ki, NATO sammitində Baydenin səhhəti müzakirə olunmayıb.
DOĞRU.AZ