image-2000x150px
image-123
image-ads_atlas
image-57660707_303backend

Bayden və Putin arasında telefon danışığı olub

image-728x90px

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

TASS xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.

Məlumata əsasən, dövlət başçıları kibertəhlükəsizlik və Suriya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bayden Rusiya dövlət başçısını kibercinayətkarlara qarşı tədbirlər görməyə çağırıb. O bildirib ki, ABŞ öz infrastrukturunu kiberhücumlardan qorumaq üçün lazımi tədbirlər görəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki