image-2000x150px
image-123
image-ads_atlas
image-enn61ztxyaeviaibackend

Baydendən Türkiyədəki danışıqlarla bağlı AÇIQLAMA

image-728x90px

ABŞ prezidenti Co Bayden Rusiya və Ukrayna nümayəndə heyətlərinin martın 29-da İstanbulda apardqları danışıqları və Rusiyanın bundan sonrakı addımlarını yaxından izlədiklərini bildirib.

Bunu dövlət başçısı Ağ Evdə Sinqapurun Baş naziri Li Syanlunla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Bayden jurnalistlərdən birinin “Müharibənin sona yaxınlaşması ehtimalını necə dəyərləndirirsiniz?” sualına belə cavab verib:

“Rusiyanın konkret hərəkətlərini görməyincə mən heç nə deyə bilmərəm. Dediklərini edəcəklər, ya yox, görəcəyik. Bu gün Türkiyədə danışıqlar oldu. Mən NATO-dakı tərəfdaşlarımız Fransa, Almaniya və İngiltərənin liderlərilə də görüşdüm. Yaşanan hadisələri yaxından izləməyə davam edirik”, – deyə ABŞ prezidenti bildirib.

Mənbə: TRT

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki