Politico qəzeti yazır ki, ABŞ prezidenti Co Baydenin ailəsi dövlət başçısının köməkçilərini tənqid edib və Amerika liderinin debatdakı uğursuzluğunda onları günahlandırıb.
Nəşrin məlumatına görə, Baydenin ailəsi onu müşavirlərini işdən çıxarmağa və vəzifəsini aşağı salmağa çağırıb.
Qəzet yazır ki, “Co Baydenin ailə üzvləri şəxsi olaraq onun baş məsləhətçilərini tənqid etdilər … prezidentin televiziya debatlarında uğursuzluğunda onları günahlandırdılar”.
Nəşrin anonim həmsöhbətlərinin sözlərinə görə, Bayden ailəsi prezidentin “hücuma gedə bilməməsi” və ümumi yorğunluğun səbəbkarlarının köməkçiləri olduğuna inanır.
Bundan əlavə, onların fikrincə, müşavirlərinin günahı ucbatından Bayden ikinci dövr üçün planları dilə gətirmək əvəzinə daha çox görülən işlərdən danışıb.
Sorğu göstərib ki, ABŞ vətəndaşlarının 72%-i Baydenin prezidentlik yarışından geri çəkilməli olduğuna inanır.
DOĞRU.AZ