image-n1karobka_ads
image-123
image-6680eb4802e8bd2959563b72backend

Baydenin seçki yarışında iştirakı həyat yoldaşının qərarından asılıdır

image-ad_qayo_720x110px

NBC telekanalı bildirib ki, Amerika prezidenti Co Baydenin seçki yarışında iştirakı həyat yoldaşı Cil Baydenin qərarından asılı ola bilər.

Televiziya şirkətinin məlumatına görə, Bayden bazar günü, iyunun 30-da ailəsi ilə seçki kampaniyasında gələcək iştirak məsələsini müzakirə etmək niyyətindədir.

“Ona ən çox təsir edən şəxs birinci xanımdır. O, kursun dəyişdirilməsinə qərar verərsə, kurs dəyişdiriləcək”.

Bloomberg əvvəllər Baydenin keçmiş Amerika lideri Donald Trampla debatda özünü yaxşı hiss etmədiyini bildirmişdi .

Axios portalı yaxınları istəsə, Baydenin prezidentlik yarışını tərk edə biləcəyi ilə bağlı fikir bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki