image-2000x150px
image-123
image-ads_atlas
image-baydenbackend

Baydenlə Putinin görüşündə Blinken də iştirak edəcək

image-728x90px

ABŞ Dövlət katibi Entoni Blinken ABŞ və Rusiya dövlət başçıları Co Baydenlə Vladimir Putin arasındakı danışıqlara qatılacaq.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib. O qeyd edib ki, Blinken Baydeni Avropaya səfərinin bütün mərhələlərində müşayiət edəcək.

Ötən gün Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu günə qədər ABŞ və Rusiyanın danışıqların formatında razılığa gəlmədiyini açıqlamışdı.

Sallivanın sözlərinə görə, ABŞ və Rusiya Prezidentlərinin görüşdən sonra ortaq mətbuat konfransı təşkil edib-etməyəcəyi hələ dəqiq deyil.

Qeyd edək ki, Putin və Bayden arasındakı görüş 16 iyunda Cenevrədə baş tutacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki