image-2000x150px
image-123
image-ads_atlas
image-mehkemebackend

Bayram gecəsi araq içib səs-küy saldı, həbs edildi

image-728x90px

Naxçıvanda Yeni il gecəsi xırda xuliqanlıq əməlinə yol vermiş şəxs həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində baş verib. Şəhər sakini polisə müraciət edərək yaşadığı binanın 1-ci mərtəbəsində yaşayan 1976-cı il təvəllüdlü Əhməd Tahirovun (şərti) sərxoş vəziyyətdə səs-küy saldığını və təhqiramiz ifadələr işlətdiyini bildirib.

Hadisə ilə bağlı Şahbuz RPŞ-də araşdırma aparılıb və Ə.Tahirov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan şəxs barəsindəki protokola baxılması üçün məhkəməyə göndərilib.

Şahbuz Rayon Məhkəməsində keçirilən iclasda 48 yaşlı kişi peşman olduğunu deyib:

“Dekabrın 31-də Yeni il bayramında tək yaşadığım evdə bir litr araq qəbul etmişdim. Həmin vaxtdan sonra nə etdiyimi xatırlamıram. Yanvarın 1-də məni polis bölməsinə apardılar, bir gün saxladıqdan sonra buraxdılar. Lakin yanvarın 3-də yenidən şöbəyə çağırdılar. Tutduğum əməldən peşmanam, bir daha spirtli içki qəbul etməyəcəyəm, belə hallara da yol verməyəcəyəm”.

Zərərçəkən şəxs isə Ə.Tahirovun daha əvvəl də sərxoş halda xuliqanlıq əməlləri törətdiyini bildirib.

Şahbuz Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə 10 sutka inzibati həbs cəzası verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki