image-n1karobka_ads
image-123
image-17443500896300920764_1200x630backend

BDYPİ-dən xəbərdarlıq: Küləkli hava fəsadlara yol aça bilər!

image-ad_qayo_720x110px

Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormozlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur.

Doğru.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına ünvanladığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçıları yola çıxarkən ehtiyatlı olmalı, qaydalara ciddi riayət etməlidir.

Vurğulanıb ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir.

Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti aprelin 12-dək davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki