Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Bildirilib ki, yüksək temperatur uzun müddət sükan arxasında qalan sürücülərdə yorğunluq və əzginlik yarada bilər. Bu səbəbdən BDYPİ sürücülərə yuxusuz və yorğun halda avtomobil idarə etməməyi, kondisionersiz nəqliyyatla isə günün sərin vaxtlarında yola çıxmağı tövsiyə edir.
Qurum uzun məsafələrə səfər edənləri 1-2 saatlıq hərəkətdən sonra qısa istirahət fasilələri verməyə çağırıb.
DOĞRU.AZ